“Ukrayna atəşkəs barədə özü qərar verməlidir”

   “Ukrayna atəşkəs barədə özü qərar verməlidir”
  11 Noyabr 2022    Oxunub:668
Ukraynada atəşkəslə bağlı qərarı Kiyev verməlidir.
Bu barədə RİA “Novosti” Brüsseldəki yüksək vəzifəli Avropa mənbəsinə istinadən xəbər verib.
“Atəşkəsə gəlincə, biz həmişə demişik ki, qərar Ukraynadan asılıdır. Hərbi məntiq heç də həmişə siyasi və ya diplomatik məntiqlə üst-üstə düşmür. Münaqişələr sülh danışıqları, atəşkəslə başa çatır”.

Mənbənin sözlərinə görə, Kiyev müvafiq qərar qəbul edərsə, Aİ yardım göstərməyə hazırdır.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın şərtləri ilə Ukraynada hərbi əməliyyatları dayandırmaq istəmədiyini bildirmişdi.

Onun sözlərinə görə, belə bir ssenari Ukrayna üçün fəlakət olmaqla yanaşı, NATO üçün də təhlükə olacaq. Çünki gücdən istifadə qonşu ölkələr üzərində nəzarəti ələ keçirmək kimi siyasi məqsədlərə nail olmağın imkan verdiyini göstərəcək.


AzVision.az



Teqlər:





Xəbər lenti