Xerson qərarı Putinin reputasiyasına təsir edəcək?

   Xerson qərarı Putinin reputasiyasına təsir edəcək?
  11 Noyabr 2022    Oxunub:693
Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov qoşunların Xersondan çıxmasının Kreml rəhbərinin reputasiyasının necə təsir edəcəyinə dair suala şərh verməkdən imtina edib.
AzVision.az xəbər verir ki, xarici jurnalistlərdən biri Peskova birbaşa sual verib ki, "Cəmi bir neçə həftə əvvəl ekspertlərin Xersondan geri çəkilməyin Vladimir Putinin nüfuzuna böyük zərbə olacağına, hətta onu alçaldacağına dair açıqlamalarına münasibət açıqlayaə bilərsinizmi?" Çünki prezident Kremldə böyük bir mərasimdə Xerson və Rusiyanın əbədi bir yerdə olacağını söyləmişdi.

Peskov belə açıq sualı gözləməsə də, birbaşa cavabdan yayınıb.

"Qulaq asın, çoxlu müxtəlif ekspertlər var. Sizin dediyiniz kimi danışan və bunun əksini söyləyən ekspertlər var. Nə birincilərə, nə də digərlərinə münasibət bildirmək istəməzdik. Xüsusi hərbi əməliyyat davam edir", - Peskov qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Xerson   Peskov  





Xəbər lenti