"McDonald's" Belarusu da tərk edir

"McDonald
  11 Noyabr 2022    Oxunub:976
Məşhur fast food brendi olan "McDonald's" Belarus bazarını tərk edir. Bundan sonra sözügedən şirkətin restoranları "Vkusno - i tocka" adı altında fəaliyyət göstərəcək.
AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Qeyd edilir ki, şirkətin açıqlamasına görə, məşhur restoran şəbəkəsi bir neçə həftə ərzində yeni brend altında fəaliyyətə başlayacaq.

“Biz bütün iş yerlərini qoruyub saxlayacağıq, qonaqpərvər xidmət, müxtəlif menyu, sevimli yemək dadları və qonaqlarımızın vərdiş etdiyi münasib qiymətə yüksək keyfiyyətli məhsullar təklif etməyə davam edəcəyik”, - məlumatda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Belarus  





Xəbər lenti