O qeyd edib ki, əslində ruslar Xersonu tərk etməklə ukraynalıları bu istiqamətdə müəyyən mənada tələyə salmış oldular. Çünki Kreml qüvvələrini və resursları geri çəkdiyi zaman Dnepr hər iki tərəfin arasında qalacaq və körpülər də partladılacaq.
![]() |
Dnepr sahilinin müəmması: Xersonda nə baş verir? - Ekspert fikirləri |
Və ya əksinə, əgər qoşunlar əvvəlki mövqelərdə, Xersonda qalsaydı, sadəcə olaraq hərbçilər məhv olacaqdı. Onların arxasında sədd rolunu oyanayacaq çay qalacaqdı. Çayda isə körpülər məhv edilərdi və buradan qurulacaq müvəqqəti keçidlər daim olaraq ukraynalıların atəşi altında saxlanılardı. Bir sözlə, Rudenko iddia edir ki, qərar verilməsəydi kütləvi itkilər qeydə alınardı.
- Buna görə də, yeganə düzgün taktika uşaqların zərbə zonasından çıxarılması qərarı idi, - Rudenko qeyd edib.
O həmçinin iddia edib ki, çayın digər sahilində ukraynalılar sıxışdırılmış vəziyyətdə qalacaq və kifayət qədər böyük qüvvə toplanacaq. Həmin böyük qüvvələr başqa istiqamətlərdə istifadə oluna bilməyəcəklər. Yəni bu mövqelərdə daimi olaraq qoşunları hərəkətsiz saxlamalı olacaqlar. Belə bir situasiyada isə Xerson uğrunda döyüşlərdə təcrübələr toplamış rus desantçılar Donetskin tam işğalı və ukraynalıları buradan sıxışdırmaq üçün hazırda hücum əməliyyatlarının aparıldığı bu istiqamətə köçürüləcəklər.
- Təbii ki, Xersonu uzun müddət saxlamaq olardı. Lakin bu, bizə ağır itkilər və böyük resurslar, o cümlədən dinc əhali arasında ölüm hallarının artması bahasına başa gələcəkdi. Əminəm ki, biz Xersona dönəcəyik, amma başqa bir istiqamətdən, - Rudenko yazısında deyib.
Tural Tağıyev
AzVision.az