Blatter İranı dünya çempionatından kənarlaşdırmağa çağırdı

   Blatter İranı dünya çempionatından kənarlaşdırmağa çağırdı
  11 Noyabr 2022    Oxunub:679
Beynəlxalq Futbol Federasiyasının (FİFA) hazırkı rəhbəri olsaydım İran millisini 2022-ci il dünya çempionatından kənarlaşdırardım.
Bunu Beynəlxalq Futbol Federasiyasının (FIFA) keçmiş prezidenti Yozef Blatter deyib. “İran 2022-ci il dünya çempionatından kənarlaşdırılmalıdır. FİFA-nın prezidenti olsaydım, bunu mütləq edərdim”, – Blatter bildirib.

Qeyd edək ki, payızın əvvəlində İranda hicab səhv geyindiyinə görə polis tərəfindən öldürülən 22 yaşlı Məhsa Əminəyə görə ölkədə etiraz aksiyası keçirilir. İranın hərbi-polis qüvvələri 57 gün ərzində etiraz aksiyalarında 50-si uşaq olmaqla 330 nəfəri qətlə yetirib. Bildirilib ki, aksiyalarda 15 092 nəfər tutulub. Onların 1 954-nün kimliyi və saxlanıldığı yer məlum deyil. Həbs olunanların 440-ı isə tələbədir.

Məlumata əsasən, İranın 57 gün ərzində 138 şəhərində aksiyaçılar ölkədəki idarəetmə sisteminə qarşı nümayişlər keçirib, 137 universitetin tələbələri bu nümayişləri dəstəkləyib.


AzVision.az




Teqlər:





Xəbər lenti