Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib

Türk Dövlətləri Təşkilatının Baş katibi dəyişib
  11 Noyabr 2022    Oxunub:693
Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi dəyişib.
AzVision.az xəbər verir ki, bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TDT-nin Özbəkistanın Səmərqənd şəhərində keçirilən IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

O qeyd edib ki, Bağdad Amreyevi bu postda Kubanıçbek Ömüraliyev əvəz edib.

"3 ildir uğur və sədaqətlə Baş katib vəzifəsini icra edən Bağdad Amreyevə təşkilatımıza verdiyi töhfələrə görə təşəkkür edirik", - deyə R.T.Ərdoğan əlavə edib.

Qeyd edək ki, bu gün Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü keçirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti