ABŞ Ukraynaya 400 milyonluq yeni yardım paketi ayırdı

"Bu gün ABŞ Ukraynaya növbəti yardım paketini, o cümlədən hava hücumundan müdafiə vasitələrinə mühüm ianələri açıqlayacaq. Söhbət Hawk hava hücumundan müdafiə sistemləri və Stinger raketləri ilə təchiz edilmiş Amerikanın Avenger zenit-raket sistemləri üçün raketlərdən gedir”, - Sullivan bildirib.
Bu baxımdan o, yardımın ABŞ-ın tərəfdaşları və müttəfiqləri tərəfindən elan edilən və ABŞ Müdafiə naziri Lloyd Austin tərəfindən səsə qoyulan digər hava hücumundan müdafiə sistemi ianələrini tamamlayacağını bildirib.
"Keçən həftə Kiyevə səfər edəndə Ukraynanın döyüş meydanında ən güclü mövqedə olması üçün prezident Zelenski və onun komandası ilə birbaşa məsləhətləşmək şansım oldu. Hava hücumundan müdafiə sisteminin bu şəkildə gücləndirilməsi Ukrayna üçün çox vacib olacaq. Rusiya kritik mülki infrastruktura hücum etmək üçün İran istehsalı olan qanadlı raketlərdən və dronlardan istifadə etməyə davam edir”, - deyə Sullivan deyib.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: