"Düşmənin hər bir qondarma "xoşməramlı jestinin" arxasında bizim qoşunların nəhəng səyləri dayanır. Düşmən Kiyevdən və Xarkov vilayətindən geri çəkilərək İlan adasını tərk etdiyi kimi, Xersondan ehtimal olunan çıxış da bizim fəal hərəkətlərimizin nəticəsidir", - Zalujnı deyib.
Ukrayna qoşunları plana uyğun olaraq Xerson vilayətində hücumlarını davam etdirirlər. Oktyabrın 1-dən etibarən təxminən 1,4 min kvadratkilometr ərazi azad edilib.
![]() |
"Xerson hadisəsi rusların strateji ambisiyasına mane olacaq" - Britaniya kəşfiyyatı |
"Hazırda biz rus işğalçı qoşunlarının Xersondan çıxarılması ilə bağlı məlumatları təsdiq və ya təkzib edə bilmərik. Planımıza uyğun olaraq hücum əməliyyatını davam etdiririk", - o vurğulayıb.
Zalujnı onu da qeyd edib ki, Ukrayna qoşunları oktyabrın 1-dən Xerson istiqamətində düşmənin müdafiə zonasının dərinliyinə doğru 36,5 km-ə qədər irəliləyib. Geri alınan ərazinin ümumi sahəsi isə 1381 kv. km-ə çatır. 41 yaşayış məntəqəsinə nəzarət bərpa edilib.
Tural Tağıyev
AzVision.az