"Rusiyada səfərbərliyə görə etiraz aksiyaları çoxalır" - Müharibə Araşdırmaları İnstitutu

   "Rusiyada səfərbərliyə görə etiraz aksiyaları çoxalır" -     Müharibə Araşdırmaları İnstitutu
  10 Noyabr 2022    Oxunub:1066
Ukraynaya qarşı müharibəyə səfərbər olan rusların qohumları vəd edilən ödənişlərlə bağlı problemlərdən şikayətlənirlər. Belə bir durum vəziyyət iqtisadiyyatı daha da pisləşdirəcək və sosial gərginliyə səbəb olacaq.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb. Təşkilatın hesabatında qeyd edilir ki, sosial şəbəkələrdə Valuyka administrasiyası yaxınlığında səfərbər olunanların yaxınlarının etiraz aksiyası keçirməsini əks etdirən görüntülər yayılıb. Ruslar deyiblər ki, hakimiyyət onlara “yaşıl dəhliz” və avtomobillər verməkdən imtina edir.

Rusiyada 318 min nəfər səfərbərliyə cəlb edilib
Eyni zamanda, qadınlar Kursk vilayətində iki günlük etiraz aksiyası keçiriblər. Onlar bununla qubernator Roman Starovoytun diqqətini cəlb etməyə çalışıblar. Onlar səfərbər olunanların Lisiçans kimi təhlükəli bölgələrə göndərilməsindən şikayətləniblər.

Bundan əlavə, Rusiyanın sənaye müəssisələrində səfərbərlik səbəbindən kifayət qədər peşəkar kadrların qalmaması da vurğulanır. Təkcə Krasnoyarsk diyarında 90-a yaxın müəssisə mütəxəssis axtarır. Sverdlovsk vilayətindəki vəziyyət də Krasnoyarskdakı kimidir.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Rusiya   Səfərbərlik   Aksiya  





Xəbər lenti