"Bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" bərpa olunmazdı" - Ərdoğan

   "Bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" bərpa olunmazdı" -    Ərdoğan
  10 Noyabr 2022    Oxunub:980
"Rusiya Prezidenti Vladimir Putinlə bir-birimizə qarşı inam olmasaydı, "taxıl sazişi" də bərpa olunmazdı".
AzVision.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Bir-birimizə qarşı inam və sevgi bu cür addımları atm ağa sövq edir. Bu günə qədər belə davam edib".

Ərdoğan Türkiyənin vasitəçiliyinin davam etdiyini vurğulayıb. O, Rusiyanın Xersonla bağlı verdiyi qərarı müsbət addım adlandırıb: "Rusiya G-20 sammitində təmsil olunarsa, üzbəüz görüş keçirəcəyəm. Əks halda təmasları telefonla davam etdirəcəyəm".

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti