İran ilk yerli hipersəs ballistik raketini hazırlayıb

   İran ilk yerli hipersəs ballistik raketini hazırlayıb
  10 Noyabr 2022    Oxunub:736
İran ilk yerli hipersəs ballistik raketi hazırlayıb. AzVision.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH- Silahlı Qüvvələrin elit bölmələri -red.) komandiri Əmirəli Hacızadə məlumat verib.
"Bu yeni silah bütün raket əleyhinə müdafiə sistemlərindən sınaqdan keçəcək. Düşünmürəm ki, onilliklər ərzində ona qarşı durmağa qadir olan hansısa texnologiyalar olacaq", - Tasnim agentliyi Hacızadədən sitat gətirib.

O vurğulayıb ki, hazırlanmış raket düşmənin raket əleyhinə sistemlərinin məhv edilməsi üçün müsbət həll yoludur.
Onun sözlərinə görə, bu cür silahların hazırlanması raket istehsalında böyük sıçrayışdır.

Tural Tağıyev
AzVision.az



Teqlər: İran  





Xəbər lenti