Arutyunyan "Arzumanyan işi"nə görə sorğu-sual edilib

   Arutyunyan    "Arzumanyan işi"nə görə    sorğu-sual edilib
  10 Noyabr 2022    Oxunub:1452
Separatçıların rəhbəri Arayik Arutyunyan qondarma Qarabağ "ordusu"nun keçmiş komandanı, general-leytenant Mikayel Arzumanyana qarşı açılan cinayət işi çərçivəsində dindirilib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Arutyunyanla yanaşı Azərbaycanın Qarabağ ərazisində yaşayan bir sıra yüksək rütbəli hərbçilər də bu işlə bağlı İrəvana gəliblər. Onlar hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşüblər.

İrəvan müharibə "nazir"lərini niyə həbs edir?
"Generallar Arzumanyanla bağlı məsələni müzakirə edərək, onun azadlığa buraxılmalı olduğunu qeyd ediblər. Onlar separatçı keçmiş "komandan"ın istintaq təcridxanasında qalmasının ədalətsizlik olduğunu söyləyiblər", - nəşr yazıb.

"Joxovurd" iddia edir ki, hazırda üzləşdirmə prosesi gedir.

İstintaq orqanı öz növbəsində Arzumanyanla bir yerdə işləmiş ordu komandanlığının nümayəndələrini də dindirməyə çağırıb.
Xatırladaq ki, Arzumanyan avqustun 30-da 44 günlük müharibə zamanı Şuşa döyüşləri zamanı hərbi vəzifələrini yerinə yetirərkən səhlənkarlıq ittihamı ilə saxlanılıb. O, sentyabrın 1-də həbs edilib.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Həbs  





Xəbər lenti