Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlərinin iclası başlayıb

Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirlərinin iclası başlayıb
  10 Noyabr 2022    Oxunub:766
Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.
AzVision.az xəbər verir ki, bu barədə təşkilat məlumat yayıb.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

İclasda sabah, noyabrın 11-də keçiriləcək TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti