Avropa yeni qaçqın böhranına hazırlaşır - KİV

   Avropa yeni qaçqın böhranına hazırlaşır -    KİV
  10 Noyabr 2022    Oxunub:730
Şərqi Avropa ölkələri bu qış ukraynalı qaçqınların yeni axınına hazırlaşır. Slovakiya höküməti hesab edir ki, Ukraynadakı aşağı temperatur və enerji böhranı səbəbindən yaxın aylarda yüz minlərlə insan ölkəyə gələ bilər.
AzVision.az -ın məlumatına görə, “Reuters” bu barədə yerli rəsmilərə istinadən xəbər verir.

Hesabatda bu qış təxminən 700 min qaçqının Slovakiyaya gələcəyi proqnozlaşdırılır. Avropa ölkələrinin yeni qaçqın böhranına hazırlaşmaq üçün qəbul mərkəzləri açdığı və məhsul ehtiyatı yığdığı da bildirilir.

Macarıstan İslahat Kilsəsinə Yardım xeyriyyə təşkilatının sözçüsü Zsofiya Dobis-Lucski Reuters-ə bildirib ki, son həftələrdə Zahoni qəsəbəsindəki sərhəd qatar stansiyasına gündə təxminən 300-500 adam gəlir.

Polşanın Przemysl şəhərinin rəsmisi Vitold Volczik bildirib ki, yerli hakimiyyət orqanları potensial olaraq çətin qışa və yeni qaçqın dalğasına hazırlaşmalıdırlar. "Biz daim gigiyena məhsulları və qida ehtiyatı saxlayırıq", deyə Volczikəlavə edib.

BMT-nin məlumatlarına görə, hazırda Avropada 4,5 milyona yaxın qaçqın müxtəlif milli müdafiə proqramları çərçivəsində qeydiyyatdadır və 7 milyona yaxın qaçqın Ukraynada məcburi köçkün vəziyyətindədir.

Oktyabrın sonunda Ukraynanın baş nazirinin müavini İrina Vereşçuk qaçan həmvətənlərini elektrik şəbəkəsindəki gərginliyi azaltmaq üçün yaza qədər evlərinə qayıtmamağa çağırıb.

Aytən Zəhra
AzVision.az



Teqlər:





Xəbər lenti