Fuad Muradov estoniyalı nazirlə görüşüb

Azərbaycan dovlətinin diaspor siyasəti, Dövlət Komitəsinin fəaliyyət istiqamətləri, xalqımızın multikultural və tolerantlıq dəyərlərinə malik olduğu, müxtəlif azsaylı xalqların ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşadığı, Birinci və İkinci Qarabağ savaşları dövründə bütün xalqların Azərbaycanın ərazi bütövlüyü uğrunda ayağa qalxdığı, hazırda Azərbaycan dövlətinin Qarabağda yenidənqurma və bərpa işləri apardığı nəzərə çatdırılıb.
Dövlət Komitəsinin sədri Estoniyanın hər zaman Azərbaycan dövlətinin yanında olmasına, bu ölkədə Azərbaycan icmasına göstərilən dəstəyə görə nazir Riina Solman və departament rəhbəri Anne Ly Reimaya təşəkkürünü bildirib.
Estoniya rəsmiləri vurğulayıblar ki, Azərbaycan icması Estoniyada digər icmalara nümunədir. Soydaşlarımızın hər zaman Estoniyanın maraqlarına xidmət edən fəaliyyət nümayiş etdirməsi məmnunluqla vurğulanıb.
Ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da dərinləşməsi və Azərbaycan diasporu ilə gələcək əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər: