CNN Azərbaycandan reportaj hazırladı

 CNN Azərbaycandan reportaj hazırladı
  09 Noyabr 2022    Oxunub:1017
Nüfuzlu CNN telekanalının ərəb dilində Dubay şəhərindən yayımlanan versiyası öz tamaşaçılarına zəngin Azərbaycan mətbəxi haqqında reportaj təqdim edib.
AzVision.az xəbər verir ki, reportajda Azərbaycanda 8 iqlim qurşağının və 4 minə yaxın bitki növünün mövcud olması, bu səbəbdən çoxlu sayda mürəbbə çeşidlərinin hazırlanması diqqətə çatdırılıb. Azərbaycan Milli Kulinariya Mərkəzinin əməkdaşı Elnurə Məmmədova telekanala müsahibəsində ölkəmizdə hazırlanan cem və mürəbbə çeşidləri barədə ətraflı məlumat verib. Tamaşaçıların diqqətinə çatdırılıb ki, Azərbaycanın Qəbələ şəhərində hər il ənənəvi mürəbbə festivalı da təşkil olunur.

Reportajda milli təamlarımız – şorba, müxtəlif xəmir xörəkləri, o cümlədən düşbərə, həmçinin plov, piti və digərlərinin hazırlanması kadrları təqdim edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti