"Azərbaycanın qazandığı Zəfərdə ukraynalıların da payı var" - Səfir

"Azərbaycanın 2020-ci ilin noyabrın 8-də qazandığı Zəfərdə ukraynalıların da payı var. Onlardan biri də öz həyatı bahasına mülki insanları xilas edən Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogindir. Bu gün Şəhidlər Xiyabanında V.Seryoginin qızı və həyat yoldaşı, diplomatik müəssisənin əməkdaşları, o cümlədən Sumqayıt şəhər İ.Franko adına Ukrayna İcmasının rəhbəri Tamilla Musayeva, Ukraynanın Şamaxı şəhərindəki Fəxri konsulu Mehrəli Qasımov, Ukrayna Ticarət Evinin Direktoru Əlibala Məhərrəmzadə və Ukrayna Mərkəzinin Direktoru Aleksandr Klassenin iştirakı ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü müdafiə edən hər kəsin xatirəsini ehtiramla yad ediblər", - paylaşımda qeyd edilib.
AzVision.az
Teqlər: Ukrayna Azərbaycan