Masxadovun oğlundan Kadırovla bağlı maraqlı açıqlama

      Masxadovun oğlundan    Kadırovla bağlı maraqlı açıqlama
  08 Noyabr 2022    Oxunub:1812
Çeçenistan lideri Ramzan Kadırov təhlükəsizliyi üçün ordunun əsas hissəsini öz ətrafında saxlayır.
AzVision.az xəbər verir ki, bunu İçkeriyanın keçmiş prezidenti Aslan Masxadovun oğlu Anzor Masxadov “EspressoTV”nin efirində deyib. O, qeyd edib ki, Çeçenistan lideri döyüşə hazır birləşmələri Ukraynadakı müharibəyə göndərməyib.

- Kadırov düşərgələrdə təlim keçən və döyüşə hazır olan peşəkar bölmələri yanında saxlayır. Onlar Buça, Qostomel, Mariupol uğrunda gedən döyüşlərdə piyadalardan istifadə edirdilər ki, bu silahlılar da əsasən adi bölüklərdən ibarətdir. O bölmələrdə böyük itkilər var. Kadırov şəxsi təhlükəsizliyi naminə döyüşçülərin əsas hissəsini Çeçenistanda saxlayır, - Masxadov deyib.

Onun fikrincə, Çeçenistanda gənclərin Ukraynadakı müharibəyə səfərbərliyi davam edəcək.

“O, səfərbərlik kampanyasının təzyiqi altında həqiqətən də nəyə doğru getdiyini bilməyən gəncləri Ukraynaya göndərəcək. Bu yaxınlarda Putinin marioneti olan Kadırov dedi ki, 300-400 min çeçeni toplamaq lazımdır. Bu, xalqın gözündə alçaldıcıdır. Öz xalqının normal vətənpərvər insanı bu xalqın qatillərinin yanında necə dayana bilər. Bu adamlar öz xalqını satanlardılar. Əminəm ki, tezliklə o, öz sözlərinə və hər şeyə görə cavab verməli olacaq”.

Tural Tağıyev
AzVision.az



Teqlər: Çeçenistan  





Xəbər lenti