Rusiya 38 hərbçinin meyitini Ukraynaya qaytarıb

Rusiya 38 hərbçinin meyitini Ukraynaya qaytarıb
  08 Noyabr 2022    Oxunub:588
Ukrayna həlak olmuş daha 38 hərbçinin meyitini Rusiyadan geri qaytarıb.
Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiya Nazirliyi "Telegram"da məlumat yayıb. "Ukrayna uğrunda canlarından keçmiş hərbçilərin meyitləri təhvil verilib. Bu gün 38 müdafiəçinin meyitini yaxınlarına qaytarmaq mümkün olub", - məlumatda deyilir.

Əməliyyat itkin düşmüş şəxslər üzrə müvəkkil Oleq Kotenkonun və Ukraynanın hüquq-mühafizə orqanlarının iştirakı ilə həyata keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti