Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb - FOTO

   Pakistanın ən böyük qülləsi Azərbaycan bayrağı ilə işıqlandırılıb -    FOTO
  08 Noyabr 2022    Oxunub:1184
Pakistanın ən böyük qülləsi olan “Minar-e-Pakistan” abidəsi Zəfər Gününün ildönümü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Bu barədə AzVision.az -a Azərbaycanın Pakistandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, “Minar-e-Pakistan”ın Azərbaycan bayrağı ilə işıqlandırılması şəhər sakinlərində və qonaqlarda böyük maraq doğurub.

“Minar-e-Pakistan” Pakistanın yaradılması barədə olan Lahor qətnaməsinin xatirəsinə inşa olunub və milli əhəmiyyətə malik abidədir. Sözügedən abidə Pakistan tarixində ilk dəfə olaraq xarici ölkənin bayraq rəngləri ilə işıqlandırılıb.





AzVision.az



Teqlər:





Xəbər lenti