İrəvan Tibb Universitetinin keçmiş rektoruna cinayət işi açıldı

   İrəvan Tibb Universitetinin keçmiş rektoruna cinayət işi açıldı
  08 Noyabr 2022    Oxunub:752
Ermənistanın İrəvan Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyana qarşı cinayət işi açılıb.
xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, M.Narimanyan ali məktəbə məxsus 39 milyon 600 min dram (98 min 507 dollar) məbləğində əmlakı mənimsəməkdə ittiham olunur.

O, “Navasar” MMC-yə məxsus “Tsovasar” mehmanxana kompleksinin kotteclərini şişirdilmiş qiymətlərə alıb. Onun bu cinayəti təhsil müəssisəsinin Həmkarlar İttifaqı Təşkilatının sədri M.S.-nin köməkliyi ilə törətidiyi qeyd olunub. Həmkarlar təşkilatının rəhbəri barəsində də cinayət işi başlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti