"Qarabağ zəfərini hər yerdə yaşadacağıq" - Türkiyə PA-nın idarə rəisi

   "Qarabağ zəfərini hər yerdə yaşadacağıq" -    Türkiyə PA-nın idarə rəisi
  08 Noyabr 2022    Oxunub:745
"Bu gün bəzi adamlar zəfərimizə (Azərbaycanın Qarabağda qazandığı zəfər - red) kölgə salmağa çalışırlar".
AzVision.az "Habertürk"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

O bildirib ki, müharibə dövründə Azərbaycan Ordusuna qarşı qara piar aparılıb:

"Bəziləri Azərbaycan xalqının məruz qaldığı zülmləri görməzdən gəlir. Biz bu dezinformasiyalara icazə verməyəcəyik. Qarabağ zəfərini musiqidə, kinoda, ədəbiyyatda- hər yerdə yaşadacağıq. Bu gün Qarabağ azaddır və bir daha əsarət altına düşməyəcək".

AzVision.az



Teqlər:





Xəbər lenti