Türkiyə Müdafiə Nazirliyindən 8 Noyabr paylaşımı: "Qardaşlığın Zəfəri"

   Türkiyə Müdafiə Nazirliyindən 8 Noyabr paylaşımı:    "Qardaşlığın Zəfəri"
  08 Noyabr 2022    Oxunub:630
Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım edilib.

"Qəhrəman Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək olsun. 2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan qurtaran, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri", - paylaşımda qeyd edilib.

AzVision.az



Teqlər: Türkiyə  





Xəbər lenti