Pakistanda Zəfər Gününə həsr olunmuş flaşmoblar keçirilib

Pakistanda Zəfər Gününə həsr olunmuş flaşmoblar keçirilib
  08 Noyabr 2022    Oxunub:769
Azərbaycanın Pakistandakı səfirliyi bu ölkənin aparıcı beyin mərkəzlərindən olan Müslim İnstitutu ilə birgə Pakistanda Azərbaycanın Zəfər Gününə həsr olunan flaşmoblar keçirib.
Bu barədə AzVision.az -a diplomatik nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, flaşmoblarda “Qarabağ Azərbaycandır”, “Azərbaycanın Zəfər Günü” şuarları, həmçinin Azərbaycan – Pakistan – Türkiyə bayraqları, eləcə də Qarabağın simvolu olan xarı bülbül çiçəyi əks olunub.

Flaşmoblarda 800-dən çox pakistanlı iştirak edib.

AzVision.az



Teqlər: Pakistan  





Xəbər lenti