Türkiyədə universitetdə partlayış oldu - Yaralananlar var

   Türkiyədə universitetdə partlayış oldu -    Yaralananlar var
  07 Noyabr 2022    Oxunub:806
Türkiyənin Ege Universitetində təcrübə zamanı partlayış baş verib.
AzVision.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı biri müəllim olmaqla 2 nəfər yaranlanıb.

Bildirilib ki, İzmirdəki Ege Universiteti Biokütlə Enerji Sistemləri və Texnologiyaları Tətbiq və Araşdırma Mərkəzində təcrübə zamanı baş verən partlayışda fakültənin professoru Dr.Əhməd Eryaşar və idarə heyəti işçisi yaralanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti