Quterreş: "Dünya iqlim cəhənnəmi ilə üz-üzədir"

“İstixana qazları emissiyaları artmaqda, qlobal temperatur yüksəlməkdə davam edir və planetimiz sürətlə iqlim xaosunu geri dönməz hala gətirəcək dönüş nöqtəsinə yaxınlaşır”, - Quterreş deyib.
BMT baş katibinin sözlərinə görə, bəşəriyyət hələ də iqlim dəyişikliyi ilə mübarizədə uduzur.
Ötən gün Almaniyanın xarici işlər naziri Annalena Berbok da həmin konfransda çıxış edərək qlobal istiləşmə səbəbindən bəşəriyyətin uçuruma doğru getdiyini bildirib. Bu baxımdan ölkələr mümkün qədər tez qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə keçməlidir.
AzVision.az
Teqlər: