Mask "Twitter"in Hindistandakı işçilərinin 90 faizini işdən çıxardı

Mask "Twitter"in Hindistandakı işçilərinin 90 faizini işdən çıxardı
  07 Noyabr 2022    Oxunub:615
"Tesla" və "SpaceX"in baş direktoru İlon Maskın "Twitter"in Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb.
AzVision.az xəbər verir ki, bu barədə "The Straits Times" məlumat yayıb. Bildirilib ki, ixtisardan vvəl şirlətin 200-dən çox işçisi olub.

Çıxarılan işçilər Yeni Dehli, Mumbay və Benqalur ofislərində işləyənlər olub. İşdən çıxarılan heyətin 70 faizi texniki qrupdan olub.

Bundan əlavə, marketinq, ictimai siyasət və korporativ kommunikasiyalar bölmələrində çalışan bəzi işçilər də işdən çıxarılıb.

"Twitter" rəhbərliyi işçilərinə ixtisarlar barədə noyabrın 4-də e-poçt göndərmişdi.

AzVision.az



Teqlər:





Xəbər lenti