Tovuzda qəza: 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldı

      Tovuzda qəza:    3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qaldı
  07 Noyabr 2022    Oxunub:554
Tovuzda baş verən qəza nəticəsində avtombildə sıxılmış vəziyyətdə qalan şəxslər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, Tovuz şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "ГАЗел" markalı mikroavtobus və “ВАЗ” markalı minik avtomobili toqquşub, 3 nəfər nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş minik avtomobilindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

AzVision.az



Teqlər:





Xəbər lenti