Laboratoriyada istehsal olunan qan ilk dəfə insana köçürüldü

   Laboratoriyada istehsal olunan qan    ilk dəfə insana köçürüldü
  07 Noyabr 2022    Oxunub:809
Britaniya alimləri klinik sınaq çərçivəsində ilk dəfə laboratoriyada əldə edilən qanı insanlara köçürüblər. Alimlər bir neçə yemək qaşığı qanın bədəndə necə işləyəcəyini test edibrlər. Bildirilib ki, araşdırmanın məqsədi qan donorluğunu əvəz etmək deyil. Tədqiqat həyatı əhəmiyyətli, lakin çox nadir qan qruplarını yaratmaq məqsədi daşıyır.
Bristol Universitetindən professor Eşli Toye bəzi qan qruplarının çox nadir olduğunu və yalnız 10 insanda rast gəlindiyini bildirib. Məsələn, Hindistanda ilk dəfə görülən "Bombey" adlı qan qrupunun İngiltərədə cəmi üç vahidi var.



Tədqiqat layihəsində Bristol, Kembric, Londondakı elm adamları birgə işləyir və burada ağciyərlərdən bədənə oksigeni daşıyan qırmızı qan hüceyrələrinə xüsusi diqqət edilir.

Tədqiqatın klinik sınaqları 10 sağlam insan üzərində başladılıb. Təcrübə çərçivəsində əldə edilən qan insanların bədənlərində radioaktiv maddə ilə işarələnərək izlənilir. Normal şəraitdə bədəndəki qırmızı qan hüceyrələrinin 120 günün sonunda yenilənməsi lazımdır. Donor qanda normal olaraq həm köhnə, həm də yeni qırmızı qan hüceyrələri olur. Lakin laboratoriyada əldə edilən qan təzə olduğu üçün onun ömrünün 120 tam gün olacağı təxmin edilir. Tədqiqatçılar gələcəkdə daha az miqdarda və qısa fasiləli qan donorluğuna ehtiyac ola biləcəyini proqnozlaşdırırlar.

Qan istehsalının maliyyə dəyəri ilə bağlı mübahisələr davam edir.

AzVision.az


Teqlər:





Xəbər lenti