Kiyev: Anti-terror əməliyyatları davam etdiriləcək

Kiyev: Anti-terror əməliyyatları davam etdiriləcək
  08 May 2014    Oxunub:1738
“Donetsk Xalq Respublikası”nın nümayəndələrinin referendum keçirmək qərarına baxmayaraq Ukraynanın şərqində anti-terror əməliyyatları davam etdiriləcək
AzVision.az Rusiya KİV-nə istinadən məlumat verir ki, bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Andrey Parubiy bildirib.

Parubiyin sözlərinə görə, Ukraynanın şərqində referendumun keçirilməsi perspektivi olmayan “siyasi fırıldaq və avantüra”dır: “Onların nəticələri elan etməsinin mənası yoxdur. Seperatçıların hərəkətlərinə baxmayaraq anti-terror əməliyyatları davam etdiriləcək.

Qeyd edək ki, ötən gün Rusiya prezidenti Vladimir Putin "dialoq üçün lazımi şərait yaratmaq məqsədilə" referendum səsverməsinin təxirə salınmasını Klikləyin məsləhət görüb.


Teqlər:  





Xəbər lenti