"Qarabağ"dan Azərbaycana növbəti xal- UEFA reytinqi

"Qarabağ"dan Azərbaycana növbəti xal-   UEFA reytinqi
  18 Avqust 2022    Oxunub:1025
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi açıqlanıb.
AzVision.az xəbər verir ki, yeni reytinqdə Azərbaycan hesabına növbəti xalları yazdırıb. Buna "Qarabağ"ın dünən ÇL-in pley-off mərhələsinin ilk oyununda “Viktoriya” (Plzen) ilə qolsuz bərabərə qalması səbəb olub. Bu nəticə ilə xal ehtiyatını daha 0,125 artıran ölkəmiz bu mövsüm üzrə xal sayını 2.000-ə, son 5 mövsümdə isə 14,625-ə çatdırıb. Azərbaycan hazırda reytinq siyahısında 29-cu pillədə qərarlaşıb. 28-ci yerdəki Polşanın 15,875 xalı var.

Qeyd edək ki, siyahıya 88,855 xalla İngiltərə başçılıq edir.

AzVision.az



Teqlər: UEFA  





Xəbər lenti