Rusiyada ev partladı: 5 ölü, 9 yaralı

Rusiyada ev partladı: 5 ölü, 9 yaralı
  06 Aprel 2014    Oxunub:1112
Rusiyanın Omsk vilayətinin Maryanovsk rayonunda 12 mərtəbəli evdə partlayış baş verib. AzVision.az İTAR TASS-a istinadən xəbər verir ki, məişət qazı partlayışı nəticəsmində binanın bir hissəsi uçub.

Partlayış nəticəsində 5 nəfər ölüb. Hazırda xəstəxanada evin 9 sakini müalicə olunur. Onlardan 3-ünün vəziyyəti ağırdır.

Partlayış baş verən evdə 25 nəfər yaşayırmış. Bina qəzalı vəziyyətə düşdüyündən 13 sakin qohumlarının evinə köçürülüb.

Hadisə yerində Rusiya FHN-in 89 əməkdaşı və 13 texnikası işləyir.

Qalereya




Teqlər:





Xəbər lenti