Uşaq bağçalarına işə qəbul test imtahanı ilə olacaq
AzVision.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bağçalar bir neçə problemi həll edir: "Birincisi uşaqların təhsili, ikincisi qadınların işləyə bilməsi üçün şəraitin yaradılmasıdır. Uzunmüddətli dövrdə bağçaların sayının artması hamının marağındadır. Özəl bağçaların artmasını hədəfləyirik. Lakin dayanıqlı modellə edilməlidir".
Qeyd edək ki, məktəb müəllimlərinin işə qəbulu imtahan vasitəsilə həyata keçirilir.
Aytən Zəhra
AzVision.az
Teqlər: Bağça