NATO Ukrayna ilə hərbi əməkdaşlığa başlayır

NATO Ukrayna ilə hərbi əməkdaşlığa başlayır
  02 Aprel 2014    Oxunub:972
NATO Rusiya ilə əməkdaşlığa tam şəkildə son qoyub, Ukraynanı gücləndirmək qərarını alıb.
AzVision.az Gazeta.ru-ya istinadən xəbər verir ki, bu barədə Şimali Atlantik alyansına üzv ölkələrin xarici siyasət rəhbərlərinin yekun qərarında bildirilir.

Bununla belə RF ilə dialoqun qorunması üçün, alyans Rusiya-NATO Birliyinin səfir və daha üst səviyyədə iclaslarının təşkilini davam etdirmək niyyətindədir.

Qərarın qəbul edilmə səbəbi kimi “Rusiya tərəfindən Ukraynaya məxsus Krım vilayətinin zəbt edilməsi göstərilir. Bununla əlaqədar olaraq Rusiyaya yönəlik “vəziyyətin beynəlxalq hüquq normalarına uyğunlaşdırılmasında təxirolunmaz addımların atılması” tələbi irəli sürülüb.

Bundan əlavə sənəddə NATO və Ukrayna arasında `təcili şəkildə bu ölkənin özünümüdafiə səviyyəsinin gücləndirilməsi` və ikitərəfli əlaqələrin intensivləşdirilməsi razılığının olması haqqında məlumat yer alır.

“Tərəflər bu ölkənin özünümüdafiə səviyyəsinin gücləndirilməsi üçün, hərbi reformları da özündə birləşdirən təcili və uzunmüddətli tədbirlərə əl atılması haqqında razılığa gəlib” deyə müraciətdə bildirilir.


Teqlər:  





Xəbər lenti