2 saata seçimi bitirdilər

2 saata seçimi bitirdilər
  30 Mart 2014    Oxunub:993
Türkiyə seçki məntəqələrinin birində səsvermə 2 saata başa çatıb.
Türkiyənin Van vilayətinin Edremit rayonunun Köklü kəndində səsvermə 2 saata başa çatıb.

AzVision.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, kənddə yaşayan 38 seçici seçki məntəqəsinə gələrək iki saat ərzində səsvermə hüququndan istifadə edib.

Səsvermə başa çatsa da, seçki qutusu ölkə üzrə bələdiyyə seçkiləri başa çatdıqdan sonra açılacaq.

Qeyd edək ki, Köklü kəndində muxtar vəzifəsinə cəmi bir namizəd var.


Teqlər:





Xəbər lenti