Yanukoviç yeni təkliflə çıxış edib

 Yanukoviç yeni təkliflə çıxış edib
  28 Mart 2014    Oxunub:929
Keçmiş Ukrayna prezidenti Ukraynanın bütün regionlarına Krımın yolu ilə getməyi təklif edib.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, bugün keçirilən mətbuat konfransında sabiq Ukrayna prezidenti Viktor Yanukoviç bütün Ukrayna regionlarını Krımın yolu ilə getməyə və ölkə daxilindəki statuslarını müəyyənləşdirəcək referenduma səsləyib.

“Ukraynanın tərkibində hər bir region öz statusunun müəyyənləşməsi üçün referendum tələb etməlidir”-deyə Yanukoviç bildirib.

Bundan başqa, Ukraynanın şərq bölgələrində rus meylli qüvvələrlə Ukrayna tərəfdarları arasındakı toqquşmalara da Yanukoviç özünəməxsus izah verib.

“Ukraynanın cənub-şərqində baş verənlər təbii qəbul olun olunmalıdır. Sıx məskunlaşmış sənaye bölgəsinin silahlı dövlət çevririlişinə qarşı reaksiyası belə olmalı idi.”-deyə o deyib.
Xatırladaq ki, martın 16-da Krımda keçirilən referendum yarımadanın müstəqilliyini elan etməsi ilə nəticələnib. Dünya birliyi, o cümlədən ABŞ və Avropa Birliyi isə referendumun nəticələrini tanımaqdan imtina edib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti