“Ölkəmizdə epidemioloji vəziyyət stabilləşir” - Həkim-infeksionist
Bunu Azvision.az -a açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. O bildirib ki, virusa yoluxanların və ölənlərin sayının gündəlik olaraq azalmasına səbəb insanların qaydalara əməl etməsidir.
V.Cavadzadə qeyd edib ki, ümumilikdə insanların qaydalara riayət etməsini müsbət qiymətləndirmək olar: "Bir ay bundan əvvəl koronavirusa yoluxanlar 2500-2700 civarında idisə, indi yoluxmalar 350 nəfərə düşüb. Burada insan faktoru, qaydalara riayət etmələri əsas rol oynayır".
Hazırda gündəlik yoluxma hallarının üçrəqəmli olduğunu deyən həkim hesab edir ki, sutkalıq statistika ikirəqəmliyə düşərsə, nisbətən yumşalmalara gedilə bilər.
"Epidemioloji vəziyyətin sabitləşməsində bioloji amillər, insanların gigiyenik qaydalara əmək etməsi böyük rol oynayır. Burada vaksinasiyanın rolu da əhəmiyyətlidir. Yanvardan bəri 1 milyon çox insan vaksinasiya olunub. Həmin şəxslərin immun sistemi möhkəmlənir, qanda antitellər yaranır. Onlar yoluxsalar belə xəstəliyi yüngül keçirir və ətrafdakılar üçün bir o qədər təhlükə törətmirlər".
Aytən Zəhra
Azvision.az
Teqlər: Həkim Koronavirus Pandemiya