Makedoniyalı İsgəndərin ölüm səbəbi müəyyən edildi- Maraqlı

Makedoniyalı İsgəndərin ölüm səbəbi müəyyən edildi- Maraqlı
  03 Mart 2014    Oxunub:11360
Alimlər onun Zanbaqkimilər fəsiləsinin olan ağ asırqal (Veratrum album) tərəfindən zəhərləndiyini müəyyən ediblər.
Yeni Zelandiyalı və Böyük Britaniyalı toksikoloqlar Makedoniyalı İsgəndərin son günlərində əziyyət çəkdiyi simptomların təsvirinə əsasən onun hansı bitkidən zəhərləndiyini müəyyən ediblər.

Onların fikrincə, bu Zanbaqkimilər fəsiləsinin ağ asırqal bitkisidir.
Alimlər klassik ədəbiyyatın analizi və müxtəlif zəhərlərin göstərdiyi təsir simptomlarını müqayisə edərək bu qənaətə gəliblər. İsgəndərin son günləri Lutsiy Flaviy Arrianın “İsgəndərin yürüşləri” və bir neçə versiyada mövcud olan “Makedoniyalı İsgəndərin tarixi” adlı “tarixi” romanında əks olunub.
Bu sənədlərə əsasən, İsgəndər ölüm öncəsi 10-12 gün əziyyət çəkib. Onun qızdırması qalxıb, ayaqları tutulub və sonradan danışmaq qabiliyyətini itirib.

Alimlərin sözlərinə görə, əgər zəhərlənmə hipotezi doğrudursa, onda bütün simptomlara cavab verən yeganə zəhər ağ asırqal (Veratrum album) tərkibində olan alkaloid veratridindir. Veratridin neyrotoksin sayılır və neyrona daxil olaraq permanent aktivləşmə yaradır.

Belə zəhərlənmə sinədə ağrılar və yavaş ölümə gətirib çıxardır. Ola bilsin ki, zəhər çaxıra qatılıb və onun miqdarı çox olmayıb. Mərgümüş, strixnin və digər bitki tərkibli zəhərlər tarixi sənədlərdə göstərildiyindən daha tez ölümə yol açır.
İsgəndər 32 yaşında dünyasını dəyişib. Əvvəllər Makedoniyalı İsgəndərin zəhərlənməsi ilə bağlı onun yaxın çevrəsi, o cümlədən anonim müəllifin yazdığı “Böyük İsgəndərin tarixi” kitabında məlumatlar var.

Digər versiyaya görə, sərkərdənin ölümü malyariya yaxud köhnə yaralarda baş verən infeksion ağırlaşma ilə bağlı olub. Yeni araşdırmanın müəlliflərindən olan Pet Uitlinin fikrincə, onsuzda Makedoniyalı İsgəndərin ölüm səbəbini onun qalıqları aşkar olunmadan dəqiq müəyyən etmək mümkün olmayacaq.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti