Təhsil Nazirliyindən xaricdə oxuyanlara “yaşıl işıq”

Təhsil Nazirliyindən xaricdə oxuyanlara “yaşıl işıq”
  26 Fevral 2014    Oxunub:1322
Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya sədri fevralın 10-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahılarını təsdiq edib.

İxtisas seçimində proritet ixtisaslarla yanaşı “digər” sözü də əlavə olunub. Xaricdə təhsil almaq istəyən tələbələr üçün isə “digər" sözü qaranlıq qalıb.

AzVision.az buna aydınlıq gətirilməsi üçün Təhsil Nazirliyinə müraciət edib. Sorğumuza cavab olaraq, nazirlikdən bildirilib:

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci tədris ili üçün təsdiq olunmuş prioritet ixtisas istiqamətləri ilə yanaşı, digər ixtisas istiqamətləri üzrə 2014-2015-ci tədris ili üçün təsdiq edilmiş siyahıda yer almış xarici ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərimizin də sənədlərinin qəbulunu həyata keçirəcək.

Seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında isə prioritet ixtisas istiqaməti üzrə müraciət edən şəxslərin namizədliyi digər ixtisas istiqaməti üzrə müraciət edənlərlə müqayisədə üstünlüyə malik olacaq”-, deyə Təhsil Nazirliyi qeyd edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti