Ukraynanın Polşadakı səfirliyinin iki əməkdaşı tutulub

Ukraynanın Polşadakı səfirliyinin iki əməkdaşı tutulub
  01 Mart 2021    Oxunub:1775
Ukraynanın Varşavadakı səfirliyinin iki əməkdaşı Polşaya qaçaqmalçılıq yolu ilə külli miqdarda valyuta, qızıl və siqaret keçirməyə cəhd edərkən sərhəddə tutulub.
Azvision.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Facebook"da bildirib.

"Dünən səfirliyin Polşadakı iki işçisi isti izlərlə tutulub. Onlar Ukraynadan Polşaya xidməti avtomobillə külli miqdarda valyuta, qızıl və qaçaq siqaret aparmaq istəyərkən tutulublar.
Hər iki əməkdaş xarici ezamiyyətdən geri çağırılıb", - deyə nazir əlavə edib.

O bildirib ki, Ukrayna Xarici İşlər Naziri bu mövzuda bütün prosedurları yaxın gələcəkdə başa çatdıracaq.

Pərvanə Sultanova
Azvision.az


Teqlər:





Xəbər lenti