Erməni “silah baronu”nun həbsinə qərar verildi

Erməni “silah baronu”nun həbsinə qərar verildi
  02 Fevral 2021    Oxunub:2460
Ermənistanın Müdafiə Nazirliyinə silah-sursat tədarük edən, "silah baronu" kimi tanınan iş adamı David Qalstyan həbs edilib.
Azvision.az xəbər verir ki, İrəvan məhkəməsi dünən saxlanılan Qaltsyanın həbsi barədə Milli Təhlükəsizlik Xidmətinin vəsatətini təmin edib.

Erməni iş adamı silah-sursat satışında böyük həcmdə fırıldaqçılıqda günahlandırılır. Onun müqavilənin şərtlərini pozaraq Ermənistan ordusunu keyfiyyətsiz, standartlara uyğun gəlməyən silah-sursatla təmin etdiyi bildirilir.

Qaltsyan özü bu gün verdiyi açıqlamada ittihamları rədd edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: həbs  





Xəbər lenti