Navalnının işinə baxan hakim istefa verdi

Navalnının işinə baxan hakim istefa verdi
  02 Fevral 2021    Oxunub:2462
Rusiyalı müxalifətçi Aleksey Navalnının cinayət işinə baxan Moskvanın Simonovsk rayon Məhkəməsinin sədri Vyaçeslav Detişin istefa verib.
Azvision.az "Kommersant”a istinadla xəbər verir ki, onun istefasını məhkəmənin mətbuat katibi Kristina Şvadçenko təsdiqləyib.

Bildirib ki, sədr istefa verib, ancaq bunun Navalnının işi ilə heç bir əlaqəsi yoxdur. Sədrin səlahiyyətləri mart ayında başa çatır. O, buna görə də fevralda deyil, yanvarın əvvəlində istefa ərizəsini təqdim edib.

Qeyd edək ki, yanvarın 17-də Almaniyadan qayıdan Aleksey Navalnı barədə məhkəmə 30 gün müddətinə həbs qərarı verib. O, həbsinin şərti cəza ilə əvəzlənməsi üçün Simonovsk rayon Məhkəməsinə müraciət edib.

Müxalifətçiyə maliyyə fırıldaqçılığı və sınaq müddətini dəfələrlə pozmağa görə 10 ilədək həbs cəzası verilə bilər. Navalnı ittihamları qəbul etmir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AlekseyNavalnı  





Xəbər lenti