Putinə aid olduğu deyilən malikanənin əsl sahibi bilindi

 Putinə aid olduğu deyilən malikanənin əsl sahibi bilindi
  31 Yanvar 2021    Oxunub:9150
Rusiya Prezidenti Vladimir Putinə məxsus olduğu iddia edilən malikanənin sahibi bəlli olub.

Azvision.az xəbər verir ki, rusiyalı iş adamı Arkadi Rotenberq saray kompleksinin ona aid olduğunu açıqlayıb. Biznesmen "Cape Idokopas" adlı binanın otel kimi nəzərdə tutulduğunu bildirib.
“İş diqqətlə, səmərəli və peşəkarlıqla aparılır. Otelin tikintisini bir neçə ilə başa çatdıracağıq. Rusiya daxilində turizmə yüksək tələbat var və qonaq evləri azdır. Buna görə də belə investisiyalar davam edəcək”,- deyə iş adamının sözçüsü açıqlama yayıb.

Qeyd edək ki, Rusiya müxalifətinin lideri Aleksey Navalnı ölkənin cənubunda kurort ərazidə inşa edilən sarayın Prezident Vladimir Putinə məxsus olduğunu iddia edib və bununla bağlı görüntülər paylaşıb. Sözügedən video qısa müddət ərzində 103 milyon insan tərəfindən izlənilib və müxtəlif müzakirələrə səbəb olub. Rusiya lideri isə həmin mülkün ona məxsus olmadığını bəyan edib.



Azvision.az


Teqlər: Rusiya   Putin  





Xəbər lenti