Yaponiyada 64 nəfərdə “Britaniya ştammı” aşkarlanıb

Yaponiyada 64 nəfərdə “Britaniya ştammı” aşkarlanıb
  31 Yanvar 2021    Oxunub:2443
Yaponiyanın Səhiyyə Nazirliyi paytaxt Tokioda və qonşu Saitama prefekturasında yaşayan daha beş nəfərdə koronavirusun “Britaniya ştammı"nın aşkarlandığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə "Nikkei" nəşri məlumat yayıb.

Saitama əyalətindən olan 3 nəfər "Britaniya ştammı"na yoluxmuş şəxslərlə ünsiyyətdə olub.

Yaponiya Səhiyyə Nazirliyi ölkədə yeni ştamma ilk yoluxma ocağının meydana gəldiyini istisna etməyib. Ümumilikdə, bu günə qədər Yaponiyada 64 nəfərdə koronavirusun Böyük Britaniyada aşkarlanan növünə rast gəlinib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Yaponiya   virus  





Xəbər lenti