Rusiyanın Ulyanovsk vilayətində matəm elan olunub

Rusiyanın Ulyanovsk vilayətində matəm elan olunub
  31 Yanvar 2021    Oxunub:2689
Rusiyanın Ulyanovsk vilayətində yanvarın 31-i matəm günü elan olunub.
Azvision.az xəbər verir ki, ötən gün Samara vilayətinin Sızran rayonunda “DAF” markalı yük maşını, “Chevrolet Niva” minik avtomobili və “Citroen” sərnişin mikroavtobusunun toqquşması nəticəsində 12 nəfər həlak olub. Qəza zamanı xəsarət alan 11 sərnişin reanimasiya şöbəsinə yerləşdirilib.

Dəhşətli qəzada ölənlərin 10 nəfəri Ulyanovsk sakinidir. Bununla əlaqədar vilayətdə matəm elan olunması qərara alınıb.

Azvision.az


Teqlər: Rusiya   Matəm  





Xəbər lenti