ABŞ-da maska taxmaq məcburi oldu

ABŞ-da maska taxmaq məcburi oldu
  31 Yanvar 2021    Oxunub:2974
ABŞ-ın xəstəliklərin nəzarəti və profilaktikası mərkəzləri ictimai nəqliyyatda tibbi maska taxılmasının məcburi olması barədə qərar qəbul edib.
Azvision.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, qərar bazar ertəsi günü qüvvəyə minəcək.

Amerikalılar fevralın 1-də yerli vaxtla saat 23:59-dan etibarən ictimai nəqliyyatda, təyyarə və qatarlarda, avtobuslarda və metroda, taksi və gəmilərdə maska taxmalı olacaqlar. Bu məcburiyyət Birləşmiş Ştatlara gələn şəxslərə də şamil edilir.

Qeyd edək ki, ABŞ-da indiyədək 26 milyona yaxın yoluxma halı aşkarlanıb, 436,8 minə yaxın insan koronavirusdan həyatını itirib.

Azvision.az


Teqlər: ABŞ   Maska  





Xəbər lenti