Paşinyan Ermənistanın borcunu 1,2 milyard dollar artırıb

Paşinyan Ermənistanın borcunu 1,2 milyard dollar artırıb
  30 Yanvar 2021    Oxunub:2984
Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın dövründə dövlət borcu təxminən 700 milyon dollar artıb.
Azvision.az xəbər verir ki, bunu erməni iqtisadçı Suren Parsyan deyib.

Ekspert sonrakı prezident Serj Sarkisyanın rəhbərliyi altında borcun 5 milyard, hazırkı ölkə rəhbəri Nikol Paşinyanın dövründə isə daha 1,2 milyard dollar artdığını bildirib. Onun sözlərinə görə, dövlət borcu barədə ilk prezident Petrosyanın hakimiyyəti illərinə aid rəsmi və ya etibarlı məlumat yoxdur.

Bundan əlavə, Parsyan Ermənistan hökumətinin banklara təxminən 1 milyard dollar ödəməli olduğunu qeyd edib.

Tural Tağıyev
Azvision.az


Teqlər: Dövlət-borcu   Paşinyan   Koçaryan   Ermənistan  





Xəbər lenti