İrəvanda saxlanılan etirazçılara ittiham elan olundu

İrəvanda saxlanılan etirazçılara ittiham elan olundu
  30 Yanvar 2021    Oxunub:2070
Ermənistanda yanvarın 29-da keçirilən etiraz aksiyasında saxlanılan beş nəfərə ittiham elan edilib.
Azvision.az xəbər verir ki, həmin şəxslər hökumət binasını ələ keçirməyə cəhddə şübhəli bilinirlər.

Saxlanılanlar erməni fəallar və siyasilər – Araqasu Axoyan, Arşak Zakaryan, Vahan Çaxalyan, Tiran Çobanyan və İsrael Akopkohyandır.

Sonuncunun vəkili Qor Saqoyan bildirib ki, müdafiə etdiyi şəxs ona qarşı irəli sürülən ittihamları qəbul etmir. O, yalnız mitinqdə iştirak edib.

Xatırladaq ki, İrəvanın Respublika meydanında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilib. Etirazçılar Baş prokurorluğun binasına gedərək, görüş tələb ediblər. Bundan sonra hökumət binasına istiqamətləniblər və burada polislə qarşıdurma olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  





Xəbər lenti