ABŞ səfiri Rusiya peyvəndindən imtina etdi

ABŞ səfiri Rusiya peyvəndindən imtina etdi
  27 Dekabr 2020    Oxunub:1207
ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiya Xarici İşlər Nazirliyinə “Sputnik V” vaksini ilə peyvənd olmaq tövsiyəsinə görə minnətdardır, lakin onu yerinə yetirməyəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat attaşesi Rebekka Ross bildirib.

“Səfir Sallivan peyvənd təklifinə görə Rusiya Xarici İşlər Nazirliyinə təşəkkür edir, lakin Rusiya vətəndaşı üçün nəzərdə tutulan “Sputnik V” dozasını qəbul etmək istəmir”, - deyə attaşe sosial şəbəkə hesabında yazıb.

Azvision.az


Teqlər: ABŞ   Səfir   Rusiya   Peyvənd  





Xəbər lenti