Uhan şəhəri normal həyata qayıdır

Uhan şəhəri normal həyata qayıdır
  20 Dekabr 2020    Oxunub:2087
Bir il əvvəl Çinin Uhan şəhəri COVID-19-un ilk infeksiya ocağı idi. Şəhər 11 həftə bütün dünyadan təcrid olundu. Lakin indi burada vəziyyət kökündən dəyişib. Praktiki bütün dünya karantində olsa da, Uhanda normal həyat davam edir.
Azvision.az "Reuters" Agentliyinə istinadən xəbər verir ki, may ayının ortalarına qədər Çində rəsmi olaraq qeydə alınan 80 mindən çox koronavirusa yoluxmuş şəxsin 50 mini Uhanda idi. Təxminən bir ildən sonra şəhərin küçə bazarları yenidən canlanıb.



Sərt karantin zamanı insanların küçələrə çıxmasına belə icazə verilmirdi. Lakin hazırda şəhərdə normal həyat davam edir, insanlar parklarda görüşüb, rəqs edirlər. Artıq bir neçə aydır Uhanda koronavirusa yoluxma da qeydə alınmır.





Azvision.az



Teqlər: Uhan   Koronavirus  





Xəbər lenti